Avtoreyd.Az Hadisə Azadlıq prospektində əks istiqamətdə hərəkət edən “Lexus”

Azadlıq prospektində əks istiqamətdə hərəkət edən “Lexus”


Bakıda qaydaları kobud şəkildə pozaraq əks yola çıxan və təhlükəli vəziyyət yaradan sürücü kameraya düşüb.

AvtoReyd.Az “Report”a istinadən  xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.  

Görüntülərdən məlum olur ki, Azadlıq prospekti ilə hərəkət edən 10-YY-357 dövlət nömrə nişanlı, “Lexus” markalı avtomobilin sürücüsü qoşa xəttin tələblərini pozaraq yolun əks istiqamətinə çıxıb.

Eyni zamanda sürücü işıqforun qadağanedici nişanında gözləmək əvəzinə axının əksinə hərəkəti davam etdirib. O, yol kəsişməsində digər avtomobillər üçün təhlükə yaradıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən belə qayda pozuntusuna yol verən sürücülər 100 manat və 4 bal cərimə olunurlar. 

AvtoReyd.Az

Related Post

Yanlış protokol sürücüyə problem olub – Bakı sakini sürücülük vəsiqəsini dəyişə bilmir (Video)Yanlış protokol sürücüyə problem olub – Bakı sakini sürücülük vəsiqəsini dəyişə bilmir (Video)

Başqa avtomobilin sürücüsünün törətdiyi qayda pozuntusuna görə paytaxt sakini Ülkər Həsənova vaxtı bitmiş sürücülük vəsiqəsini dəyişə bilmir. Xezerxeber.az-ın məlumatına görə, buna səbəb qaydanı pozan avtomobilin dövlət qeydiyyat nişanının xanım sürücünün