Əvvəllər də sığorta şirkətlərinin avtoservislərlə əlbir olub vətəndaşa keyfiyyətsiz avtoservis xidməti göstərib və bunun nəticəsində qiyməti şişirtməsi barədə mətbuatda yazılar gedib.
Bu barədə AvtoReyd.Az – a tanınmış sığorta eksperti İlkin İbrahimov münasibət bildirib. O, qeyd edib ki, sığorta şirkətləri avtoservislərlə birgə vətəndaşlara keyfiyyətsiz xidmət təşkil edərək, 30-35% sığorta haqqında etdikləri endirimləri geri almağa çalışırlar.
“Yəni məsələn vətəndaşa 540 AZN pul təklif edirlər və deyirlər ki, biz sizin avtomobili bu qiymətə düzəldə bilərik. Ya pulu götürün ya da gətirin bizim servisdə bunu bu qiymətə düzəldəcəklər. Sonda vətəndaş onların dediyi servisi seçdikdə qiymət ən azı 2 dəfədən də çox artmış olur. Səbəb kimi qeyd edirlər ki, zərər aktını ilkin tərtib edəndə üzdən baxış olur. Sonradan biz “dərinə gedirik” ona görə qiymət artır”.
Ekspert məsələnin digər tərəfini belə izah edib: “Yənı sığorta şirkətlərinin qiymətin az çıxarılmasının səbəbini sığorta şirkətlərinin eyni servislərlə çox işləməsi və buna görə də onlara güzəşt olunması kimi qələmə verirlər. Təcrübə onu göstərir ki, vətəndaşa təklif olunan məbləğlə sığorta şirkətlərinin işlədiyi servislər zərər aktında vətəndaşa az deyir, özü təmir edəndə məbləğ 35-40% artıq olur.
Keyfiyyət isə digər yerlərdən aşağı, hətta maşınların servisdə qalma müddəti 2-3 aya kimi gəlib çıxır”.
Məsələyə münasibət bildirən ekspert belə bir təklif irə sürüb: ” ASA sığorta şirkətlərinin təşkilatlanmış qurumu Maliyyə Palatasında güclü lobbiçilik işi aparır ki, qiymətlər qalxmalıdır və.s. cəlb edirlər onlardan hesabatlar alırlar. Lakin bu istiqamətdə vətəndaşlarla işləyən qeyri hökumət təşkilatları və vətəndaş cəmiyyətlərinin fikri öyrənilmir. Nəzarət və təklif mexanizmi təktərəflidir. Bu işlərdə 1 ci müstəqil ekspertləri sığorta şirkətlərinin caynağından qurtarıb mərkəzləşmə ilə Maliyyə Palatası özünün tərkibində tam müstəqil olan komissiya yaratmalı və bundan sonra qiymət və digər məsələlərə baxmaq lazımdır. Razıyam ki, qiymətə baxılmalıdır, lakin bu addım atılacaq ən asan addımdır və problemləri həll etməyəcək, əksinə daha böyük problemlər yaradacaq. İşə kompleks yanaşılmalı sui istifadə edən sığorta şirkətləri cəzalanmalı və bundan sonra digər tədbirlər görülməlidir”.