Avtoreyd.Az Dörd çarx Traktor sürmək üçün yeni vəsiqə nümunəsi təsdiqlənib

Traktor sürmək üçün yeni vəsiqə nümunəsi təsdiqlənib


Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq edib.

AvtoReyd.Az Apa-ya istinadən xəbər verir ki, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi 86 mm x 54 mm ölçüdə plastik kart formasında olur.

Vəsiqənin üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 8., 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı və ya möhürü, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu traktor və özügedən maşınların kateqoriyaları qeyd olunur. Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılır.

Vəsiqənin arxasının sağ tərəfində sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur. 9 nömrəli sütunda traktor və özügedən maşınların kateqoriyaları və hər bir kateqoriyaya aid aşağıdakı məlumatlar göstərilir:

– “T” – təkərli traktorlar, 14 kN (1.4 d.g.) sinfinə kimi / Wheel tractors up to 14 kN (1,4 t.f.);

– “TK” – təkərli traktorlar, 14 kN (1,4 d.g.) sinfindən yuxarı / Wheel tractors above 14 kN (1,4 t.f.);

– “TT” – tırtıllı traktorlar / Tracked tractors;

– “H” – mexaniki transmissiyalı özügedən maşınlar / Self-propelled machines with mechanical transmission;

– “HT” – hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər / Self-propelled machines with hydrostatic transmission, including loaders;

– “HK” – meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar/ Reclamation and road-construction equipments, including excavators.

Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulub. Vəsiqənin üzərində təmassız oxuna bilən QR-kod (kodlaşdırılmış məlumat) yerləşdirilir və burada vəsiqə sahibinin soyadı, adı, atasının adı və aldığı kateqoriya haqqında məlumat əks olunur. Vəsiqədə Azərbaycan Respublikasının Dövlət xəritəsi, fon şəkli olaraq Azərbaycan Respublikasının Dövlət gerbi və xəritəsi, habelə təkərli traktor və naxışlar təsvir olunur.

AvtoReyd.Az

Related Post

Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (Video+Foto)Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki,