Avtoreyd.Az Dörd çarx Yollarda avtomobillərin eninə və hündürlüyünə dair tələblər dəyişib

Yollarda avtomobillərin eninə və hündürlüyünə dair tələblər dəyişib


Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında buraxılması nəzərdə tutulan avtomobillərin eninə dair tələb dəyişib.

AvtoReyd.Az Apa-ya istiandən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Qərara əsasən, ümumi istifadədə olan avtomobil yollarına buraxılması nəzərdə tutulan avtomobillərin eni 2,5 metrdən 2,55 metrə qaldırılıb.

Azərbaycanda V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyünə dair tələb də dəyişib. Bundan sonra I—IV dərəcəli yollarda olduğu kimi V dərəcəli yollara buraxılan avtomobillərin də hündürlüyü 4 metrə qədər ola bilər. İndiyə qədər V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyü 3,8 metrə qədər ola bilərdi.

AvtoReyd.Az

Related Post

Sürücülərin nəzərinə:Bu yolda təmir işləri aparılırSürücülərin nəzərinə:Bu yolda təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-12 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş