Avtoreyd.Az Gündəm Nişanın mövcudluğundan xəbəri olmayan DYP əməkdaşı

Nişanın mövcudluğundan xəbəri olmayan DYP əməkdaşı


AvtoReyd.Az xəbər verir ki, bu video ötən gün sosial şəbəkələrin birində bir motosiklet sürücüsü tərəfindən paylaşılıb.

Sürücü YPX əməkdaşının bununla bağlı haqlı və ya haqsız olduğunu soruşub.

İnspektor iddia edir ki, motosikletin hərəkəti qadağandır yol nişanı mövcud deyil.
Cavab: Qadağan edici yol nişanları sırasında bu nişan 3.5 rəqəmi altında yer alıb və  motosikletlərin hərəkəti qadağandır nişanı adlanır.

Digər iddia ondan ibarətdir ki, şəhərin mərkəzində motosiklet sürmək olmaz.
Cavab: Qanunda elə bir maddə yoxdur.

DYP əməkdaşı Yol-patrul xidməti haqqında Təlimatın tələblərini pozur. Belə ki, inspektor sürücüyə özünü təqdim edərkən, xidməti vəsiqəsini GÖSTƏRMƏMƏKLƏ “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü bəndinin tələbini tam icra etmir.

4.QOST (P41.41-2001) standartında göstərilən dB (desibel) limitini səhv deyir. (3.5 nişanından xəbəri olmayan əməkdaşın QOST-da göstərilən limitə (80) yaxın bir rəqəm söyləməsi (81) açığı məni təəcübləndirdi 🙂 )

Təbii ki, YPX əməkdaşının istənilən qanuni əmrinə tabe olmaq hər bir sürücünün borcudur. Lakin, videodanda açıq aydın görünür ki, polis baş serjantı Hümbətov nə QOST standartı, nə də yol hərəkəti nişanlarını düzgün bilmir. Təsəvvür edirsiniz ki, yol polisi sadə bir nişanın mövcudluğundan xəbərsizdir? Məqsədim məsələyə öz fikrimi bildirmək və biraz da vətəndaş-polis münasibətlərinə yumor qatmaqla marifləndirmə aparmaqdır 🙂

Hər bir sürücüyə yaxşı yol, YPX əməkdaşlarına da xidmətlərində uğurlar arzu edirəm.

Video: Orxan Fərəcov

AvtoReyd.Az

Related Post