Avtoreyd.Az Gündəm Daxili işlər naziri kadr dəyişiklikləri həyata keçirib

Daxili işlər naziri kadr dəyişiklikləri həyata keçirib


Xaçmaz rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov işdən azad olunub.

AvtoReyd.Az – ın  verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

N.Məhərrəmovun sərəncamda olduğu bildirilir. Onun yerinə hələ ki təyinat yoxdur.

Daxili İşlər naziri general polkovnik Vilayət Eyvazovun digər əmri ilə polis polkovnik-leytenantı Hüseynov Vüqar Paşa oğlu Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

AvtoReyd.Az

Related Post

Taksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyibTaksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyib

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına