Avtoreyd.Az Dörd çarx “Təmiz hava” aylığı çərçivəsində reydlər davam etdirilir

“Təmiz hava” aylığı çərçivəsində reydlər davam etdirilir


Yol polisi tərəfindən ölkə ərazisində “Təmiz hava” aylığı çərçivəsində reydlər davam etdirilir. Reyddə əsas məqsəd avtomobillərdən çıxan zəhərli maddələrlə havanın çirklənməsinin qarşısını almaqdır.

AvtoReyd.Az bildirir ki, bu gün Bakı-Sumqayıt yolu üzərində ”Saray” postu kimi tanınan ərazidə yol polisləri gün boyu nəqliyyat vasitələrini saxlayaraq onları müayinə ediblər.

Polis əməkdaşları əsasən ”Jiquli” markalı avtomobilləri saxlayıb, havaya buraxılan qazın faizini ölçüblər.

Qeyd edək ki, minik avtomobillərində bu göstərici 3 faizə qədər, yük avtomobillərində isə 2 faizə qədər olmalıdır. Bəzi sürücülər saxlanılarkən avtomobilində heç bir nasazlıq olmadığını iddia etsələr də, yoxlamalar tam əksini göstərib.

Postun komandiri Ürfət Şükürov deyib ki, məqsədləri təkcə sürücüləri cərimələmək yox, həmçinin onlara avtomobillərində baş verən nasazlığı aradan qaldırmaqla atmosferi qorumağı tapşırmaqdır. Reydlər avqustun 31-dək davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

AvtoReyd.Az

Related Post

“Bakubus”un sürücüsü sərnişinləri ölümdən son anda xilas etdi (VİDEO)“Bakubus”un sürücüsü sərnişinləri ölümdən son anda xilas etdi (VİDEO)

Bakıda avtomobil sürücüsü kobud şəkildə qaydaları pozub.   AvtoReyd.Az-ın BAKU.WS-ə istinadən verdiyi məlumatına görə, Füzuli küçəsi, Heydər Əliyev sarayının yaxınlığında “Bakubus”ın qəfil qarşısına çıxan avtomobil qəzalı vəziyyət yaradıb. Avtobus sürücüsü sayıqlığı əldən verməyib