Avtoreyd.Az Gündəm Yol hərəkəti qaydalarını kobud şəkildə pozan yol polisi kameralara düşüb

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan yol polisi kameralara düşüb


Azərbaycanda yol polisinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb.

AvtoReyd.Az Oxu.Az-a istinadən  xəbər verir ki, görüntülərdə 99-YP-943 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobilin magistralda aşağı sürətlə yolun sol tərəfi ilə hərəkət etməsi əks olunub.

Yol polisi bu zaman qəza işıqlarını yandırıb və əli ilə sürücülərə onu sağ tərəfdən ötüb keçmələrini işarə edib.

“Yol hərəkəti haqqında” qanunda da qeyd olunur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 327.1-ci maddə ilə 40 manat cərimə nəzərdə tutulur. Qanunun 51-ci maddəsinin II hissəsində isə deyilir ki, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir.

Faktla bağlı araşdırmalar başlanılıb.

AvtoReyd.Az

 

Related Post