Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, qəsəbə ərazisində piyadalar üçün nəzərdə tutulmuş zolaqdan keçmək istəyən 10-13 yaşlı oğlanı avtomobil vurub.
Sürücü maşınla ərazidən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin avtomobili onu təqib edərək yaxalayıb. Qəzada xəsarət alan azyaşlı ətrafdakıların köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.