Avtoreyd.Az Hadisə Bakıda “BMW X5” piyadanı vuraraq öldürdü

Bakıda “BMW X5” piyadanı vuraraq öldürdü


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Səfərəlizadə Rasim Qasım oğlu idarə etdiyi “BMW X5” markalı, 90-NX-191 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən 40-45 yaşlarında, naməlum kişini vuraraq ağır bədən xəsarəti yetirib.

AvtoReyd.Az xəbər verir ki, yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post