Avtoreyd.Az Gündəm Sürücüləri çaş-baş salan svetofor bu dəfə Nobel prospektində

Sürücüləri çaş-baş salan svetofor bu dəfə Nobel prospektində


İşıqforun sola yaşıl işığı yanmasına baxmayaraq sürücülər sola və geriyə dönərkən təhlükə ilə üzləşirlər. Buna səbə isə işıqforun düzgün işləməməsidir.

Görüntülər Paytaxtın Xətai rayonu Nobel prospektindəndir. Propsketin üzü ”Nargilə” dairəsi və NZS qəsəbəsinə girişlə kəsişməsində olan işıqfor sürüclər üçün qəza şəraiti yaradır. Belə ki, ”Nargilə”dairəsi və NZS qəsəbəsi eləcədə dönüb şəhər istiqamətinə hərəkət edən sürücülər işıqforun sola dönmə siqnalının tələbinə əməl edərək sola və geriyə dönə bilmirlər.

Buna səbəb isə işıqforun sola siqanlının daim yanmasıdır. İşıqforun yaşıl işığı yandığı zaman qarşı tərəfdən gələn nəqliyyat vasitələri və sola və geriyə dönmək istəyən maşınlar qəza şəraiti ilə üzləşir. Hətta sürücülərin sözlərinə görə, bir neçə dəfə bu səbəbdən yol qəzaları da baş verib.

Məslə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov ”Xəzər Xəbər”ə bildirdi ki, aidiyyəti üzrə tapşırıq veriləcək və tezliklə problem həll olunacaq.

AvtoReyd.Az

Related Post

Rənglənmə işləri ilə əlaqədar yollarda hərəkət qismən məhdudlaşdırılırRənglənmə işləri ilə əlaqədar yollarda hərəkət qismən məhdudlaşdırılır

Rənglənmə işləri ilə əlaqədar yollarda hərəkət qismən məhdudlaşdırılır Qurumun Mətbuat Katibliyindən  AvtoReyd.Az-a verilən məlumata görə,”Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən üfiqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat