Bakının Nizami rayonunun Babək prospektindən keçən hissəsində içməli su borusu partlayan əraziyə Azərsu ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunub.
ASC-dən APA-ya verilən ilkin məlumata görə, həmin ərazidən ayrı-ayrılıqda 3 su borusu keçir. Əlavə edilib ki, yüksək təzyiqlə su axdığından dəqiq olaraq hansı borunun partlamasını dəqiq müəyyənləşdirmək mümkün deyil. Bu, suyun tam kəsilməsindən və aparılacaq araşdırmalardan sonra bəlli olacaq.