Avtoreyd.Az Gündəm Nazir Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi aparıb

Nazir Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi aparıb


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb.

AvtoReyd.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb.

O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

AvtoReyd.Az

Related Post

Azərbaycan televiziyasında Dövlət Yol Polisinə köntöy sual: bu pullar hara gedir?Azərbaycan televiziyasında Dövlət Yol Polisinə köntöy sual: bu pullar hara gedir?

Lider telekanalının efirində yayımlanan “Status” proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub. Virtualaz.org bildirir ki, proqramın həmin buraxılışı Bakının küçələrindən tələb olunan qaydada dayanmayan avtomobilləri aparan evakuator xidmətinin işinə həsr