“Baku Bus”a məxsus 88A nömrəli müntəzəm maşrut xətti üzrə hərəkət edən 99 JH 233 dövlət nömrə nişanlı avtobusunda tüstülənmə olub.
AvtoReyd.Az Reporta istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə ötən gün baş verib.
M.Ağayev bildirib ki, bu, texniki məsələdir: “Belə ki, bu, yağın axması nəticəsində əmələ gələn tüstülənmədir və texniki personalın müdaxiləsi ilə məsələ aradan qaldırılıb. Ümumiyyətlə, hazırda “Baku Bus” MMC-nın istismarında olan, eyni zamanda yeni alınan avtobuslarda yanğından mühafizə məsələsi çox ciddi şəkildə nəzərə alınıb. Avtobusların mühərrik hissəsində üçlü yanğınsöndürmə sistemi mövcuddur”.