Avtoreyd.Az Gündəm İcra başçısının oğluna vəzifə verildi

İcra başçısının oğluna vəzifə verildi


Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub.

AvtoReyd.Az bakupost.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.

AvtoReyd.Az

Related Post

Baş Dövlət Yol Polisi İdarəsi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edibBaş Dövlət Yol Polisi İdarəsi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib. BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Report”a açıqlamasında bildirib ki,