Avtoreyd.Az Dörd çarx Nişanlar arasında ziddiyyət sürücülərə təhlükə yaradır

Nişanlar arasında ziddiyyət sürücülərə təhlükə yaradır


Bakı-Qazax yolunda nişanlar arasında ziddiyyət sürücülərə təhlükə yaradır.

Bu barədə “Report”a sürücülərdən biri məlumat verib.

Belə ki, Bakı-Qazax yolunun Qazax rayonu ərazisində yerləşən dairədə (Olimpiya Kompleksinin yanında) həm Qırmızı Körpü istiqamətində, həm də Bakı istiqamətində 4.3 dairəvi hərəkət nişanı və 2.1 baş yol nişanı var. Lakin Əskipara kəndindən həmin dairəyə daxil olan hissədə heç bir nişan yoxdur.

Belə olan halda isə hər iki yol baş yol hesab edilir. Qırmızı Körpüdən Bakı istiqamətinə hərəkət edən sürücülər baş yol nişanını görərək özlərini üstün sayır, Əskipara kəndindən gələn sürücülərə də heç bir nişan olmadığı üçün adi yolayrıcının keçmə qaydasını, yəni sağdan, Əskiparadan gələn avtomobillərin üstün olduğunu sayaraq yolayrıcına daxil olaraq qəza vəziyyəti yaranır.

Sürücülər ümid edirlər ki, aidiyyəti qurumlar təhlükəli vəziyyəti nəzərə alaraq Əskiparadan gələn nəqliyyat vasitələri üçün 4.3 dairəvi hərəkət nişanı qoyaraq yaranmış problemi həll edəcəklər.

AvtoReyd.Az

Related Post

Sanki magistralda yox, yarış meydançasındadır… – Bakı-Qazax yolunda 150 ilə “uçan” avtobus – VİDEOSanki magistralda yox, yarış meydançasındadır… – Bakı-Qazax yolunda 150 ilə “uçan” avtobus – VİDEO

Sərnişin avtobusu magistiral yolda yüksək sürətlə hərəkət edir… Xezerxeber.az məlumat verir ki, kadrlar Bakı-Qazax magistralında izləyicillərdən biri tərəfindən çəkilib. Bakı avtovağzalından çıxan və içərisi sərnişinlə dolu avtobus sanki magistralda yox, yarış