Avtoreyd.Az Hadisə Paytaxtın mərkəzində taksi yaşlı kişini vurub öldürdü

Paytaxtın mərkəzində taksi yaşlı kişini vurub öldürdü


Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az Day.az-a istinadla xəbər verir ki, hadisə Sahil metrosunun yanında – Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində baş verib. Hadisəyə səbəb taksi fəaliyyət ilə məşğul olan avtomobilin hər iki küçənin kəsişməsində olan piyada keçidinin yanında yaşlı kişini vurması olub. Hadisə nəticəsində piyada yerə yıxılaraq başından ağır kəllə-beyin travması alıb və hadisədən bir neçə dəqiqə sonra keçinib.

Faktla bağlı araşdırma başlanılıb.

AvtoReyd.Az

Related Post