Mingəçevir şəhər sakini Saleh Rəhimov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib.
AvtoReyd.Az xəbər verir ki, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.