Avtoreyd.Az Maraqlı Polis Rusiya prezidentini dəbilqəsiz motosikl idarə etdiyinə görə cərimələməyib

Polis Rusiya prezidentini dəbilqəsiz motosikl idarə etdiyinə görə cərimələməyib


AvtoReyd.Az xarici mediaya istinadən xəbər verir ki, hüquqşünas Maksim Çixunov sosial şəbəkələrdə bildirib ki, Sevastopol üzrə Yol hərəkəti təhlükəsizliyi üzrə dövlət idarəsi Rusiya prezidentinin dəbilqəsiz motosikl sürüdüyünə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas görmür.

Dövlət Avtomobil Müfəttişliyinin nümayəndələri hüquqşünasa izah edib ki, Vladimir Putin protokol görüşündə iştirak edib, hansını ki, “yol hərəkəti” anlayışına aid etmək olmaz.

Maksim Çixunov sosial şəbəkədə yazdığı statusa istehza ilə belə bir şərh əlavə edib: “Sən demə, indi dəbilqəsiz idarə etmək olar”.

AvtoReyd.Az

Related Post