Avtoreyd.Az Dörd çarx Reyd nəticəsində 30 avtobus sürücüsü saxlanıldı

Reyd nəticəsində 30 avtobus sürücüsü saxlanıldı


Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə birlikdə Göyçay və Ağdaş rayonlarının avtovağzallarında sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı reyd keçirib.

AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, reydlər əsasən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və tibbi müayinədən keçməyən sürücülərin aşkar edilməsi məqsədilə keçirilib.

Keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 30 avtobus sürücüsü saxlanılıb. Həmin sürücülərə qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib.

AvtoReyd.Az

Related Post

Parklanmanın İdarə EdilməsiParklanmanın İdarə Edilməsi

Dayanıqlı Şəhər Nəqliyyatının 5-ci prinsipini təhlil edəndə “Avtomobil istifadəsinə nəzarət”-dən danışdıq. Bu mövzunun davamı olaraq bu dəfə şəhərin parkinq siyasətindən danışacağıq.  Dünya təcrübəsində parkinq siyasəti və ümumi nəqliyyat siyasətində parkinqin yeri İnkişaf

Bərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTOBərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikinti işlərinə start verilib Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, uzunluğu 17,5