Avtoreyd.Az Dörd çarx BNA daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirdi

BNA daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirdi


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib. Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, Fətəli xan Xoyiski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırdı. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə – kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcəkdir.

Related Post

Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə start verilib (Video+Foto)Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə start verilib (Video+Foto)

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, yerli əhəmiyyətli

Diqqqət! Rənglənmə işləri aparılacaq (Video)Diqqqət! Rənglənmə işləri aparılacaq (Video)

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Nəcəflinin AvtoReyd.Az–a verdiyi məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46-50-ci kilometrliyində üfüqi nişanlanma xətlərinin yenidən