Avtoreyd.Az Gündəm “Maserati” ilə qızı vurub öldürdüyü iddia edilən sürücü danışıb

“Maserati” ilə qızı vurub öldürdüyü iddia edilən sürücü danışıb


Bakının Nərimanov rayonunda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə .

AvtoReyd.Az xəbər verir ki, Elvin Qasımzadə Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır:

“Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”.

Elvin Qasımzadə bildirib ki, hadisəni eşidən bütün yaxınlar narahat olublar: “Dünəndən telefon zənglərim dayanmır. Haqqımda bilmədən yazanlar, paylaşanlar da şərəfsiz insanlardır”.

O açıqlamasında hadisəni törədən şəxsin avtomobil nömrəsini də açıqlayıb:

“Hadisə Dədə Qorqun parkının yaxınlığında işıqforda baş verib: “Mən avtomobillə hərəkət edərkən işıqforun qırmızı işığı yandı. Bu zaman mən saxlasamda qarşımda olan 10-GN-002 dövlət qeydiyat nişanlı “Volkswagen Passat” markalı avtomobil 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurdu. Bundan sonra mən qızı ağır vəziyətdə götürərək xəstəxanaya çatdırmışam. Hadisə ilə bağlı hazırda Nəsimi rayon Dövlət Yol Polisinə dəvət olunmuşam”.

Faktla bağlı araşdırma aparılır.

[fvplayer id=”8″]

Related Post

Avtoxuliqanlığı təbliğ edən şəxs həbs edildi – “Bilməzdim ki, axırı belə olacaq” (Video)Avtoxuliqanlığı təbliğ edən şəxs həbs edildi – “Bilməzdim ki, axırı belə olacaq” (Video)

Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan ”Ağdamlı Faiq” tutulub. Söhbət bir neçə gün əvvəl ”Xəzər Xəbər”in gündəmə gətirdiyi bu şəxsdən gedir. Xezerxeber.az-ın məlumatına görə, görüntülərdə Faiq avtomobillərin intensiv hərəkət