Avtoreyd.Az Gündəm Bu prospektindəki dayanacaqların əksəriyyətində “BakıKart” aparatı yoxdur

Bu prospektindəki dayanacaqların əksəriyyətində “BakıKart” aparatı yoxdur


Azadlıq prospektindəki əksər dayanacaqda ”BakıKart”ı tanıyan terminal yoxdur. Həmin prospektdən keçən avtobusların əksəriyyətində isə ödəniş “BakıKart”la edilir. Odur ki, terminalların olmaması sərnişinləri çətinliyə salıb.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərin tək istəyi aidiyyəti qurum olan Bakı Nəqliyyat Agentliyinin əraziyə baxış keçirməsi və xüsusən çox ehtiyac olan dayanacaqlara terminalların qoyulmasıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, vətəndaşlar bu kimi problemlərlə qarşılaşarkən mütləq quruma müraciət etsinlər. O ki qaldı dayanacaqlarda bu aparatların olmamasına, qurumdan bildirilib ki, həmin prospektdə kifayət qədər ”BakıKart” aparatı olan dayanacaq var. Sərnişinlərə digər dayanacaqlarda kartlarına pul yükləmək tövsiyə edilir.

Related Post

M5-in 35 km-lik hissəsi əsaslı şəkildə təmir olunur – VİDEO / FOTOM5-in 35 km-lik hissəsi əsaslı şəkildə təmir olunur – VİDEO / FOTO

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi