Avtoreyd.Az Hadisə Körpüdən çaya düşən avtomobilin sürücüsü ölüb

Körpüdən çaya düşən avtomobilin sürücüsü ölüb


Ağsuda körpüdən çaya düşən avtomobilin sürücüsü ölüb.

AvtoReyd.Az xəbər verir ki, hadisə ötən gecə Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun Dilman kəndi ərazisində, Ağsu çayı üzərindəki körpüdə baş verib.

Bakının Binəqədi rayon sakini, 36 yaşlı Qüdrət Şahpələngov 7272 HX Gürcüstan dövlət nömrə nişanlı “Ford” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq körpüdən Ağsu çayına düşüb.

Hadisə nəticəsində sürücü Qüdrət Şahpələngov və sərnişini, 36 yaşlı Bayram Əkbərov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq sürücü xəstəxanada dünyasını dəyişib.

Sərnişinin vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Video: Xəbər TV

[fvplayer id=”9″]

Related Post

Salyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub – FOTOSalyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub – FOTO

Salyanda 4 nəfərin olümü ilə nəticələnən yol qəzası baş verib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində 4 qadın hadisə yerində dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə görə, qəza nəticəsində