Avtoreyd.Az Без рубрики Bakıda velosiped yolu salınacaq

Bakıda velosiped yolu salınacaq


Xəbər verdiyimiz kimi, bu gün Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Açılış mərasimində iştirak edən Prezident İlham Əliyevə paytaxtda velosiped yolunun salınacağının nəzərdə tutulduğu barədə məlumat verilib.

Bildirilib ki, Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.

 

View this post on Instagram

 

Bakıda velosiped yolu salınacaq #az #azstagrambaku #azstagram #avtoreyd #velosiped #bna #yol

A post shared by AvtoReyd.Az-xeber (@avtoreyd.az) on

Related Post

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir – FOTO / VİDEOXırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir – FOTO / VİDEO

Ölkə prezidentinin sərəncamına əsasən, bir-neçə avtomobil yoluna (Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) çıxışı təmin etmək və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun