Avtomobilin yoldan çıxaraq aşması ölümlə nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Cəlilabadda olub.
Masallıdan Cəlilabad rayonu Dələli kəndindəki ziyarətgaha gedən qohumların olduğu minik avtomobili sərt döngədə idarəetməni itirərək aşıb.
Nəticədə 1 nəfər -39 yaşlı Masallı sakini Emin Əlibəyli hadisə yerində dünyasını dəyişib. 64 yaşlı Şikar Dadaşov, 58 yaşlı Xatirə Dadaşova, 35 yaşlı Xəyala Dadaşova və 13 yaşlı Elmin Əlibəyli müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Gədəbəydə də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə Qızıltorpaq kəndində baş verib. 85 yaşlı Söhbət Rəhimova mal-qaranı otlağa aparan zaman avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.