Avtoreyd.Az Gündəm Texniki baxış keçirilməsi üçün dövlət rüsumu qaldırıldı

Texniki baxış keçirilməsi üçün dövlət rüsumu qaldırıldı


Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanunun 18-ci maddəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunun 18.65.1-ci maddəsində (Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə) nəzərdə tutulan dövlət rüsumu artırılır.

Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 30 manata qaldırılması təklif olunur. Hazırda isə bu məbləğ 20 manatdır.

18.65.2-ci maddəsinə də dəyişiklik təklif edilir.

Belə ki, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

AvtoReyd.Az

Related Post

Prezidentin oğluna görə işdən çıxardığı general Novruzəli Orucov danışdı: “Uşağı başlı-başına buraxmışam…”Prezidentin oğluna görə işdən çıxardığı general Novruzəli Orucov danışdı: “Uşağı başlı-başına buraxmışam…”

Prezident İlham Əliyevin sərəncamı ilə dünən vəzifədən azad olunan general-mayor Novruzəli Orucov oğlunun törətdiyi cinayətə görə özünü günahkar sayır. AvtoReyd.Az-in məlumatına görə, bu barədə yenicag.az-a danışan general bildirib ki, Prezident onu