Avtoreyd.Az Dörd çarx Zərgərpalan küçəsində təmir işləri yekunlaşıb

Zərgərpalan küçəsində təmir işləri yekunlaşıb


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub.

Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub, kənarlarına 1500 paqon-metr yeni səki daşları düzülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edib.

Bundan başqa aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılıb, baxış qapaqları yenilənib.

İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə verilib.

Sadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb.

AvtoReyd.Az

Related Post

Azərbaycana elektrobus gətirilirAzərbaycana elektrobus gətirilir

Belarusun ictimai elektrikli nəqliyyat istehsalçısı olan “Belkommunmaş” şirkəti Azərbaycana 4 böyük tutumlu elektrobus təchizatına hazırlaşır. AvtoReyd.Az Belarus KİV-inə istinadən xəbər verir ki, avtomobillər Gəncə şəhərində bunun üçün xüsusi hazırlanmış marşrut üzrə sınaqdan keçiriləcək. Gələcəkdə yerli

Magistral yolda avtomobillər şütüyür – Piyadalar hardan keçəcəklərini bilmirlər – VİDEOMagistral yolda avtomobillər şütüyür – Piyadalar hardan keçəcəklərini bilmirlər – VİDEO

Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində piyada keçidinin olmaması ətraf kəndlərin sakinlərinin işini çətinləşdirib. Sürətlə gedən avtomobillərin arasından keçmək insanlar üçün təhlükəyə çevrilir. Aidiyyatı qurumlar isə problemin yaxın vaxtlarda