Bu gecə Bakıda yol nəqliyat hadisəsi zamani bir nəfər ağır xəsarət alıb.
AvtoReyd.Az APATV-ə istinadən xəbər verir ki, Nəsimi rayonun Vaqif prospektində 55 yaşlı Nəbi Aslanov qəfl yolun piyada üçün müəyyən edilməmiş hissəsinə çıxıb. Bu zaman onu Elnur Mirəliyev idarə etdiyi “Opel” markalı avtomobillə vurub. Daha sonra nəqliyyat vasitəsi yaxınlıqdakı Koroğlu parkında maneəyə çırpılıb. Hadisə yerinə Təcili Təxirə Salınmaz Tibbi Yardım xidmətinin əməkdaşları cəlb edilb. Yaralıya ilkin tibbi yardım göstərilib. Müəyyən olunub ki piyada sərxoş vəziyyətdədir.
Hadisə şahidləri piyadanın qəfl yola qaçaraq çıxdığını bildirir.
Xəsarət almış Nəbi Aslanov 1 saylı şəhər xəstaxanasına yerləşdirilib.
Faktla bağlı Nəsimi rayon polis idarəsinin əməkdaları araşdırma aparır.