Avtoreyd.Az Hadisə Piyadanı vurub öldürən avtobus sürücüsü heroin qəbul edib

Piyadanı vurub öldürən avtobus sürücüsü heroin qəbul edib


Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Pərviz Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

AvtoReyd.Az “unikal.org”a istinadən xəbər verir ki, Bakı Apellasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, P.Quliyevin apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündə göstərilib ki, P.Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub.

O, işə çıxmadan əvvəl heroin qəbul edib.

Hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini P.Quliyev idarə etdiyi “Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

AvtoReyd.Az

Related Post

Yasamal RİH başçısının birinci müavini: “Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir” – FOTO – VİDEOYasamal RİH başçısının birinci müavini: “Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir” – FOTO – VİDEO

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki binalardan birində qeydə alınıb. Yanğın binanın dam örtüyündən başlayıb. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 8 yanğınsöndürən maşını cəlb