Avtoreyd.Az Maraqlı Telefondan intensiv istifadə edən piyadalar üçün xüsusi zolaq ayrılıb

Telefondan intensiv istifadə edən piyadalar üçün xüsusi zolaq ayrılıb


Zolaq Manchesterdəki Hardman Bulvarında açılıb.

AvtoReyd.Az bildirir ki, Mançesterdə şəhər rəhbərliyi mərkəzdə yerləşən küçələrdən birində telefona daim baxdıqları üçün addımlarını yavaşlayan piyadalar üçün xüsusi zolaq təşkil edib.

Smartfon həvəskarları üçün xüsusi piyada zolağı populyar Hardman Bulvarında təşkil edilib. Zolağın özü 75 metr uzunluqdadır və velosiped yoluna bənzəyir. Cığır piyadaları bir-biri ilə toqquşmadan qorumalıdır. Telefona daim baxan insanların fikri AO-Mobile tərəfindən təklif edilib. Təşəbüskarlar İngiltərədəki digər şəhərlərin də belə bir təcrübə ilə maraqlanacağına ümid edirlər.

AvtoReyd.Az

Related Post