Avtoreyd.Az Dörd çarx Sürücülərin nəzərinə: Təmirlə əlaqədar bu yoldan istifadə etmək tövsiyə olunmur

Sürücülərin nəzərinə: Təmirlə əlaqədar bu yoldan istifadə etmək tövsiyə olunmur


Azərbaycan Avtomobil Yolları  Dövlət Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə,  10 oktyabr tarixindən etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılır.

Təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

Bu müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AvtoReyd.Az

Related Post

31 km-lik Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolu yenidən qurulur – VİDEOREPORTAJ / FOTO31 km-lik Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolu yenidən qurulur – VİDEOREPORTAJ / FOTO

“Azəravtoyol” ASC AvtoReyd.Az-a verilən məlumata görə Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolunda yenidən qurma işləri aparılır. Ümumi uzunluğu 31 km olan yolda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. 3-cü texniki