Avtoreyd.Az Maraqlı Xəzər TV-dən uzaqlaşdırıldığı deyilən Zümrüd Bədəlova efirdə görünüb

Xəzər TV-dən uzaqlaşdırıldığı deyilən Zümrüd Bədəlova efirdə görünüb


BNA-ya lənət oxuduğuna görə Xəzər TV-dən uzaqlaşdırıldığı deyilən Zümrüd Bədəlova efirdə görünüb.

BAKU.WS xəbər verir ki, aparıcı bazar günü “Şən bazar” proqramını təqdim edib.

Deyilənə görə, məsələ ictimailəşdiyinə görə telekanal rəhbərliyi onu işə qaytarıb.

Xatırladaq ki, Zümrüd Bədəlova sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyini tənqid etdikdən sonra onun Xəzər TV-dən uzaqlaşdırıldığı deyilirdi. Aparıcının sözügedən statusunu silməsi və məsələ ilə bağlı açıqlama verməkdən yayınması xəbərlərin doğrulunu göstərirdi.

Xatırladaq ki, Z.Bədəlovanın tənqidi statusu ilə bağlı yazılmış bütün məqalələr artıq demək olar ki, saytlardan sildirilib.

AvtoReyd.Az

Related Post

Keşiş insanları tənbeh etdi, onlar da onu 110 min dollarlıq Porsche-sini satmağa məcbur etdi (Video)Keşiş insanları tənbeh etdi, onlar da onu 110 min dollarlıq Porsche-sini satmağa məcbur etdi (Video)

Avtoreyd.az bildirir ki, Polşanın cənubunda yerləşən Kasina Velka kəndinin keşişi Veslav Matsyaşek, kilsəyə gələn kənd sakinlərini “aşağı davamiyyət” göstərmələri ilə bağlı təəssüf hissi keçirdiyini dilə gətirməklə, öz başına əməlli iş açıb.