Avtoreyd.Az Gündəm Yol polisi qəzada öldü, sürücü bəraət aldı

Yol polisi qəzada öldü, sürücü bəraət aldı


Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Albert Tahirovun bəraət hökmündən Ali Məhkəməyə müraciət edilib.
AvtoReyd.Az oxu.az-a istinadən xəbər verir ki, prokuror onun barəsində olan hökmdən kassasiya protesti verib.

Ali Məhkəmədə kassasiya protesti hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahirovun idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə, X.Bağırzadə vəfat edib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə A.Tahirova beş il məntəqə tipli cəza verilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə bəraət verilib.

AvtoReyd.Az

Related Post

Daha bir ərazidə rahat gediş-gəliş təmin olunur – FOTODaha bir ərazidə rahat gediş-gəliş təmin olunur – FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə,avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində adı çəkilən qurum tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndən Biləcəri

Hava sərinləşəcəkHava sərinləşəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AvtoReyd.Az-a verilən məlumata görə, avqustun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitini dəyişkən buludlu olacağı, arabir