Avtoreyd.Az Avtoxəbər Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb

Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 112 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.

Bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycana idxal edilən elektromobillərin sayı 38 ədəd olub ki, bu da bir ildə 74 ədəd və ya 2,95 dəfə artıma bərabərdir.

Ümumilikdə, 2018-ci il ərzində ölkəyə 66 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.

Qeyd edək ki, 2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, ƏDV-nin differensiallaşması ilə bağlı elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub. Belə ki, bu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində gömrük rüsumu ödəmək lazımdır.

AvtoReyd.Az

Related Post

Görəsən niyə çinlilər öz avtomobillərinin təkərlərini fanerin parçası və ya şkafın köhnə qapısı ilə örtürlər? (Foto)Görəsən niyə çinlilər öz avtomobillərinin təkərlərini fanerin parçası və ya şkafın köhnə qapısı ilə örtürlər? (Foto)

Çində avtodayanacaqda bir çox sürücülər öz avtomobillərin təkərlərini faner parçası və ya şkafın köhnə qapısı ilə örtürlər.Bəs görəsən niyə onlar bunu edirlər? Suala cavab almaq üçün bir balaca araşdırma etdık.Çin