Avtoreyd.Az Dörd çarx Təmir işləri ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərinfən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.

AvtoReyd.Az

Related Post

“28 May” metrostansiyası yaxınlığında BNA nəqliyyat şəraitini yaxşılaşdırılıb“28 May” metrostansiyası yaxınlığında BNA nəqliyyat şəraitini yaxşılaşdırılıb

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb. Əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını