Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
AvtoReyd.Az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşid Piriyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.