Avtoreyd.Az Hadisə Şirvanda mikroavtobusla “VAZ 21014” toqquşub sürücü hadisə yerində ölüb

Şirvanda mikroavtobusla “VAZ 21014” toqquşub sürücü hadisə yerində ölüb


Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az APA TV-nin Mil-Muğan bürosuna istinadən məlumat verir ki, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. Şirvan sakini – 1976-cı il təvəllüdlü Babayev Teymur Hüseynağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı 10 saylı marşurut üzrə işləyən mikroavtobus və həmyerlisi – 1992-ci il təvəllüdlü Cavadov Muradəli Elçin oğlunun idarə etdiyi “VAZ 21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ 21014” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mikroavtobusun sürücüsü isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qəza yolda böyük tıxacın yaranmasına səbəb olub. Faktla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=h3KBfO5q3SU

Related Post