Avtoreyd.Az Gündəm Tahir Kərimli “Plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır”

Tahir Kərimli “Plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır”


Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli avtomobillərə tətbiq edilən plyonka qadağasının aradan qaldırılmasını təklif edir.

T.Kərimli “Report”a açıqlamasında deyib ki, plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır.

Deputat qeyd edib ki, qanunvericiliyə dəyişikliklər edilməli, qadağa götürülməlidir: “Bu qadağanın tətbiq edilməsi absurddur. Beynəlxalq qanunvericiliyə əsasən, avtomobilin ön şüşələri istisna olmaqla, arxa şüşələrə plyonka və ya digər vasitələr vurula bilər. Belə bir qadağa yoxdur. Tutaq ki, biri ailəsinin gizliliyini təmin etmək istəyir, digəri görünmək istəmir, yəni bu, insanların seçim hüququdur. İnsanlar var ki, günəş şüasına qarşı allergiyası var, onlar nə etməlidir? Azərbaycanda milyonlarla insan avtomobilində ilin 6 ayında plyonkadan istifadə edir, digər 6 ayında isə plyonkanı sökür. Bu, həddindən artıq xərc tələb edir”.

T.Kərimli xatırladıb ki, bu yaxınlarda Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin avtomobilinə də plyonkaya görə cərimə yazılıb: “Vüsal Kərimli cərimələnirsə, görün o biri insanlar necə əziyyət çəkirlər… Dövlət qurumlarından xahiş edirik ki, bu absurd qərarı aradan qaldırsınlar. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtomobilləri saxlayırlar, plyonkaları sökürlər, sonra da cərimə yazırlar. Bu, biabırçı səhnədir. Müavinlərimdən birinin avtomobilinin pylonkasını sökərkən şüşəni tərləməkdən qoruyan texniki vasitəni də söküblər… Belə olmaz axı. Ölkəyə xarici vətəndaşlar gəlir, onların da avtomobillərinin plyonkasını sökürlər. Bir absurd qərar beynəlxalq münasibətlərdə də narazılıq yaradır. Bilmirəm, bəlkə də kimsə plyonka biznesi ilə məşğuldur, ona görə bu cür hallara yol verilir…”

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

AvtoReyd.Az

Related Post

Sabah bu yollar bağlı olacaqSabah bu yollar bağlı olacaq

15 sentyabr – Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində möhtəşəm paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən,

“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək – VİDEO“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək – VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.