Avtoreyd.Az Dörd çarx Bu gündən 38 nömrəli marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək

Bu gündən 38 nömrəli marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində işlər görülür. Bu sektorda çalışan sahibkarlar onlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından istifadə edərək ötən dövrdə paytaxtımıza 200 -dən artıq müasir avtobus gətirərək istismara verib. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir.

29.10.2019 -cu il tarixindən 38 nömrəli müntəzəm marşrut üzrə də istismarda olan avtobusların bir qismi yenilənəcək. Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib. “Avro 5” standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.

Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

AvtoReyd.Az

Related Post

Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb – VİDEO / FOTOSaatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb – VİDEO / FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına  əsasən uzunluğu 14 km olan Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə

Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır (Video+Foto)Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki,