“Peugeot” və “Fiat Chrysler Automobiles” (FCA) avtomobil konsernləri birləşmə haqqında danışıqlara başlayıb.

AvtoReyd.Az bildirir ki, bu barədə “Wall Street Journal” qəzeti bildirib.

“Fiat” və “PSA Group”dan (“Peugeot-Citroen”) “Peugeot” mümkün birləşmə haqqında danışıqlar aparırlar”, – deyə qəzetin xəbərində qeyd olunur.

Məlumata görə, yeni birliyə “Peugeot”un baş icraçı direktoru Karlos Tavares başçılıq edə bilər.

Qeyd edək ki, “Fiat” markası adı altında “Fiat”, “Lancia”, “Alfa Romeo”, “Abarth”, “Ferrari” və “Maserati” avtomobilləri istehsal edilir. PSA Avropada “Volkswagen”dən sonra ikinci avtomobil istehsalçısıdır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.