Avtoreyd.Az Avtoxəbər “Peugeot” və “Fiat” birləşə bilər

“Peugeot” və “Fiat” birləşə bilər


“Peugeot” və “Fiat Chrysler Automobiles” (FCA) avtomobil konsernləri birləşmə haqqında danışıqlara başlayıb.

AvtoReyd.Az bildirir ki, bu barədə “Wall Street Journal” qəzeti bildirib.

“Fiat” və “PSA Group”dan (“Peugeot-Citroen”) “Peugeot” mümkün birləşmə haqqında danışıqlar aparırlar”, – deyə qəzetin xəbərində qeyd olunur.

Məlumata görə, yeni birliyə “Peugeot”un baş icraçı direktoru Karlos Tavares başçılıq edə bilər.

Qeyd edək ki, “Fiat” markası adı altında “Fiat”, “Lancia”, “Alfa Romeo”, “Abarth”, “Ferrari” və “Maserati” avtomobilləri istehsal edilir. PSA Avropada “Volkswagen”dən sonra ikinci avtomobil istehsalçısıdır.

AvtoReyd.Az

Related Post

Avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə – səbəb kondisionerdir – VİDEOAvtobusda sürücü ilə sərnişinlər arasında mübahisə – səbəb kondisionerdir – VİDEO

Avtobusda kondisionerin işləməməsi sürücü ilə sərnişinlər arasında mübahisəyə səbəb olub. Bununla bağlı “Xəzər Xəbər”in votsap nömrəsinə izləyicilərdən biri tərəfindən göndərilən kadrlarda sürücünün sərnişinlərə kondisionerin işləmədiyini dediyi eşidilir. Xezerxeber.az-ın məlumatına görə,görüntülər