Avtoreyd.Az Dörd çarx Yeni gətirilən avtobuslara sürücü axtarılır

Yeni gətirilən avtobuslara sürücü axtarılır


Paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə alınan 300 ədəd avtobusu idarə edəcək sürücülərin komplektləşdirilməsi işləri davam edir.

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, bu avtobusları idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var. Bunu nəzərə alaraq bir daha Bakı Nəqliyyat Agentliyi “BakuBus” MMC sürücü vəzifəsinə işə qəbulla bağlı elanımızı təkrar edir.

İşə qəbul üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi və ictimai nəqliyyatda sərnişindaşıma sahəsində təcrübəsi olan sürücülər “BakuBus” MMC-yə müraciət edə bilərlər.

Məlumat üçün qeyd edək ki, müraciət edən namizədlər üçün Sürücü Təlim Mərkəzində təlimlər keçirilir. Hazırda da davam etməkdə olan təlimlərdə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçirilir. Praktiki təlimlər yeni alınan BMC Procity 12 metrə CNG avtobusları cəlb edilib.

AvtoReyd.Az

Related Post

Bakı-Dairəvi 1 avtomobil yolunda təmir işləri aparılır.Bakı-Dairəvi 1 avtomobil yolunda təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Dairəvi 1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılacaq.

Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur (Video+Foto)Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur (Video+Foto)

Ağstafa rayonunun 10 km uzunluğunda olan Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolunun yenidənqurma işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin AvtoReyd.Az-averilən məlumata görə, yolun hərəkət hissəsində qabarmalar və çökmələr, çalalar

Sanki magistralda yox, yarış meydançasındadır… – Bakı-Qazax yolunda 150 ilə “uçan” avtobus – VİDEOSanki magistralda yox, yarış meydançasındadır… – Bakı-Qazax yolunda 150 ilə “uçan” avtobus – VİDEO

Sərnişin avtobusu magistiral yolda yüksək sürətlə hərəkət edir… Xezerxeber.az məlumat verir ki, kadrlar Bakı-Qazax magistralında izləyicillərdən biri tərəfindən çəkilib. Bakı avtovağzalından çıxan və içərisi sərnişinlə dolu avtobus sanki magistralda yox, yarış