Oktyabrın 23-də Belçikanın paytaxtı Brüsseldə İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyası (UITP) tərəfindən təşkil olunan UİTP-nin Beynəlxalq Avtobus Konfransı keçirilib. 2 ildən bir təşkil olunan konfrans 40 ildir ki, keçirilir və dünyanın ən qədim eyni zamanda ən məşhur avtobus konfransı hesab edilir. Qurumun mətbuat xidmətindən AvtoReyd.Az-a verilən məlumata görə, konfransda Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində sektorda baş verən dəyişikliklər, qlobal trendlər və inkişaf istiqamətləri ən son innovasiyalar, nəqliyyat həlləri və məhsulları haqda müzakirələr aparılıb. Konfras çərçivəsində nümayəndə heyəti sessiyalarda iştirak edərək elektrik və digər yeni enerji avtobusları, gündəlik avtobus əməliyyatları, avtobusların saxlanması, idarəolunması, işçi heyət və s. üzrə xarici təcrübələrlə tanış olub, eyni zamanda Rusiya Federasiyasının Moskva və Moskva bölgəsində avtobus, trolleybus və tramvay şəbəkələri ilə işləyən dövlət şirkəti Mosgortransın rəhbəri Andrey Polyakov, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsi nəzdində ictimai nəqliyyat xidmətləri göstərən İstanbul Elektrik Tramvay və Tunel Müəssisələri (İETT) təşkilatının Strateji inkişaf şöbəsinin rəhbəri Büşra Buran ilə görüşlər keçirərək gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıb. Nümayəndə heyəti dünyanın ən böyük avtobus sərgisi olan Busworld sərgi salonunu da ziyarət edib, yeni avtobus trendləri ilə tanış olub və bir sıra işgüzar görüşlər keçirib. Belə ki, “Volvo Buses” şirkətinin Orta Şərq, Afrika və MDB ölkələri üzrə vitse-prezidenti Manish Sahi, “Man Truck and Bus SE” şirkətinin satış və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Christian Fischer, “Bakulin Motors Group (Volgabus)” satış və məhsul üzrə vitse-prezidenti İvan Primerov, “Solaris Bus and Coach” şirkətinin biznesin inkişafı üzrə direktoru Adam Zielinski, “İVECO France” şirkətinin rəhbəri Stephane Espinasse, “Otokar” şirkətinin Avropa üzrə baş direktoru Ali Murat Atlas və bir çox digər avtobus şirkətlərinin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirib, elektrik avtobusları üzrə son yeniliklər barədə fikir mübadiləsi apararaq gələcək mümkün əməkdaşlıqlar barədə müzakirələr aparıb.
BNA nümayəndə heyəti Brüsseldə təşkil olunan Beynəlxalq Avtobus Konfransında iştirak edib
Categories:
Related Post
Göyçaylılar narahatdır: SEL MEYVƏ BAĞLARINI YUYUB APARIR(Video)Göyçaylılar narahatdır: SEL MEYVƏ BAĞLARINI YUYUB APARIR(Video)
Göyçay rayonu ərazisindən keçən Göyçay çayı gətirdiyi su ilə bir çox problemlərə yol açıb, sahilyanı ərazilərdə fəsadlara səbəb olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hər il yaz aylarında dağlardakı
Avtomobilinə qanunsuz pərdə və plyonka vuran sürücülər cərimələnir – REYD – VİDEOAvtomobilinə qanunsuz pərdə və plyonka vuran sürücülər cərimələnir – REYD – VİDEO
Yol polisi pərdə və plyonka reydinə start verib. Xezerxeber.az məlumat verir ki, kustar üsulla hazırlanmış, tətbiqinə icazə verilməyən pərdə və plyonkalardan istifadə edən avtomobillər bir-bir saxlanılaraq cərimə olunub. Reyd zamanı
Azərbaycanlı polis 3 əcnəbini şil-küt etdi – FOTOAzərbaycanlı polis 3 əcnəbini şil-küt etdi – FOTO
Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə, bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər. AvtoReyd.Az xəbər verir ki,