Avtoreyd.Az Maraqlı Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq

Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq


SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.

AvtoReyd.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Litfond” hərracının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində – Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.

Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub.

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb.

Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 – 1 500 000 rubl aralığında qiymətləndiriləcək.

AvtoReyd.Az

Related Post

Polislər ayıların ailəsinə yolu keçməyə kömək etmək istəyirdilər. Nəticədə ayı balasını xilas etdilər!(Video)Polislər ayıların ailəsinə yolu keçməyə kömək etmək istəyirdilər. Nəticədə ayı balasını xilas etdilər!(Video)

Belə şeyi hər gün görmək mümkun deyil. AvtoReyd.Az məlumat verir ki,körpələrlə birlikdə dişi ayı yolu keçməyə çalışırdı və bu təntənəli yürüşü təhlükəsizləşdirmək üçün polislər hərəkət edən nəqliyyatı dayandırırdılar. Ancaq, dişi ayı