Bakıda sərnişin avtobuslarında qiymət artımı ilə bağlı iddialar həqiqəti əks etdirmir.
AvtoReyd.Az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib.
O, əlavə edib ki, təmsil etdiyi qurumda belə bir məsələ müzakirə mövzusu deyil.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də qiymət artımı ilə bağlı iddiaları təkzib edib və yaxın vaxtlarda qiymət artımının gözlənilmədiyini açıqlayıb.