Avtoreyd.Az Hadisə Gəncədə Sultan Əliyevin bir gün də iki maşını yandı

Gəncədə Sultan Əliyevin bir gün də iki maşını yandı


Gəncə sakini Sultan Əliyevin bir gün də iki maşını yanıb.

AvtoReyd.Az BAKU WS-ə istinadən  xəbər verir ki,  hadisə şəhərin DOS-6 adlanan ərazidə qeydə alınıb.

Sultan Əliyevin sözlərinə görə, minik avtomobilinin və sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobus bilinməyən səbəbdən tamami ilə yanıb. Zərərçəkənin iddasına görə, hadisə məqsədli şəkildə törədilib.

“Qonşu zəng etdi ki, məhlənizdən alov çıxır. Çıxanda gördük ki maşın artıq yanıb. O dəqiqə 101-ə zəng etdim. Hardasa bir 20-dəqiqəyə söndürdülər.

Bu vəziyyətdədir. Yarıyan heçnə yoxdur. Benzinin iyi gəlir. O maşında hələ də durur. Düşünürəm ki, bunu bilərəkdən ediblər.

Öz-özünə yanmayıb, qısaqapanma olmayıb. Doqquz ay bundan əvvəl “Mersedes Sprinter”in arxa tərəfi yanmışdı. Onda mən elə bildim ki qısa qapanmadan olub”, – deyə Sultan Əliyev bildirib.

S.Əliyevin müraciəti əsasında Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır. Hələlik şübhəli kimi saxlanılan yoxdur.

AvtoReyd.Az

Related Post

3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

Bakının Nəsimi rayonu “3-cü mikrorayon bazarı” ərazisində baş verən yanğınla əlaqədar hazırda mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov keçəsində və 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin

Sosial şəbəkələrdə avtomobil satmaq adı ilə dələduzluq edən şəxs tutulubSosial şəbəkələrdə avtomobil satmaq adı ilə dələduzluq edən şəxs tutulub

Xızıda dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu