Avtoreyd.Az Dörd çarx Azərbaycana avtomobil idxalı kəskin artıb

Azərbaycana avtomobil idxalı kəskin artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35 457 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 83,4% çoxdur.

AvtoRyd.Az Dövlət Gömrük Komitəsinə istinadən məlumat  verir ki, hesabat dövründə ölkəyə 31 934 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 84,1% artıb.

Bundan başqa, yanvar-oktyabrda ölkəyə 2 934 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 70,4% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 441 ədəd (artım təxminən 2,5 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 148 ədəd (artım 64,4%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

AvtoRyd.Az

Related Post

Ziya Bünyadov Balaxanı–Binəqədi yolunu birləşdirən yeni yolunun tikintisi davam etdirilir(Video+Foto)Ziya Bünyadov Balaxanı–Binəqədi yolunu birləşdirən yeni yolunun tikintisi davam etdirilir(Video+Foto)

Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən

Padar-Sabirabad avtomobil yolu yenidən qurulub (Video+Foto)Padar-Sabirabad avtomobil yolu yenidən qurulub (Video+Foto)

Respublika əhəmiyyətli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin əsaslı şəkildə yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,3-cü texniki dərəcəli olan Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu