Avtoreyd.Az Çəkdiklərimiz Səki üzərində yaradılan avtomobil parkinqi

Səki üzərində yaradılan avtomobil parkinqi


Bakı şəhəri Nəsimi r. 3-cü mikrorayon Asif Məhərrəmov küçəsində yerləşən “NEPTUN” marketin qarşısında piyadalar üçün nəzərdə tutlan səkidə avtomobillər üçün qeyri-qanuni parklama yeri düzəldilib.

Oxucularımızın bizə müraciətindən sonra AvtoReyd.Az-ın əməkdaşı bu əraziyə baş çəkəndən sonra gördüklərinə inana bilməyib, belə ki, yolun kənarında piyadaların təhlükəsiz gediş gəlişi üçün nəzərdə tutlan səki üzərində avtomobil dayanacağı yaradılıb və  örtük üzərində hətta xətlər də çəkilib. Maraqlı və təcübləndirən məqam odur ki, yolun kənarında parklama yeri ola-ola səkinin üzərində piyadalar üçün nəzərdə tutulan yerdə bu kimi “dırnaqarası” abadlıq işləri görülür. Görəsən bu dayanacağı təşkil edənlər piyadaları nəzərə alıblar? Və ya orada avtomobillərini parkalayan sürücülərə cərimə tədbiq edilir? Əslində nəzərə alsaq ki, Bakıda parklama və yol hərəkətinin təşkili Bakı Nəqliyyat Agentliyinə həvvalə olunubsa onda elə sualı məs quruma yönəldmək istərdim. Bəlkə qurumun bunda xəbəri yoxdur? Hər halda qarşı tərəfin də fikrini işıqlandırmaq bizim çiynimizə düşür.

Hələlik isə adı çəkilən ərazidən qeydə alınan şəkilləri və videonu sizə təqdim edirik:

AvtoReyd.Az

Related Post

Sürücülərin nəzərinə: Bu yolda yeni radar quraşdırılıb (Video)Sürücülərin nəzərinə: Bu yolda yeni radar quraşdırılıb (Video)

Bakı yollarında radarların sayı artırılır. AvtoReyd.Az–ın məlumatına görə,Samaxinka adlanan ərazidən  Biləcəri istiqamətinə Rəşid İsmayılov küçəsindən Daqliq 4  küçəsinə 100 metr məsafəsində keçmiş Hərbi komisarlığa yaxın olan yerdə yeni  radar quraşdırılıb.Radara düşmək istəməyən sürücülər müəyyən edilmiş sürət həddinə əməl

Sürücülərlə DYP arasında mübahisə yaradan məsələ və “Təmiz hava” (Video)Sürücülərlə DYP arasında mübahisə yaradan məsələ və “Təmiz hava” (Video)

Mən anladım ki. hava insanların, bütövlükdə canlıların yaşamasının əsas şərtidir.Dünyanın böyük şəhərlərinin ən ciddi problemi havanın hədsiz dərəcədə çirklənməsidir. Meqapolislərdə havaya atılan tullantıların 60-90 faizi avtomobillərin payına düşür. Müqayisə üçün qeyd edək ki, ABŞ-da havanın 75 faizi avtomobillərin hesabına çirklənir. Eyni zamanda, ildə bir