Avtoreyd.Az Hadisə Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölünüb

Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölünüb


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA TV-ə istinadən məlumat verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Hundai” markalı minik maşını “Mercedes” markalı avtomobili ilə toqquşub. Qəza zamanı “Mercedes” iki hissəyə bölünüb.

Hadisə zamanı “Mercedes”in sürücüsü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Fərid Təbriz oğlu Sucayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb avtomobillərdən biri ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

View this post on Instagram

 

Gəncədə yol qəzasında “Metcedes” iki hissəyə bölünüb #az #azstagram #avtoreyd #qeza #gence #xesaret

A post shared by AvtoReyd.Az-xeber (@avtoreyd.az) on

AvtoReyd.Az

Related Post

Salyanda ağır yol qəzasında ölən və yaralananların adları məlum olub – FOTO – VİDEOSalyanda ağır yol qəzasında ölən və yaralananların adları məlum olub – FOTO – VİDEO

Salyan rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. AvtoReyd.Az“Report”a istinadən  məlumat  verir ki, “Mercedes” markaklı avtomobilin sürücüsü, Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Elvin Telman oğlu Xanməmmədov